Niyə introvertlər asanlıqla uğura nail olur?

Belə hesab edilir ki, ünsiyyətcillik və unikal natiqlik bacarığı insanın lider olacağına zəmanət verir. Bu keyfiyyətlər introvertlərə xas deyil. Lakin özlərinə qapalı insanların inanılmaz uğura sahib olmalarına səbəb olan güclü tərəfləri var!
 
İntrovertlər hər addımlarını diqqətlə düşünür və buna görə də uğursuzluq riskini azaltmış olurlar. Ekstrovertlər hər hansı yeni bir ideyaya sahib olduqda emosiyalara qapılır və ani qərarlar verdikləri halda, introvertlər hər şeyi dəqiqliklə düşünürvə bundan daha sonra qərar verirlər.
Davamı →

Zəngin olmağın sirləri

Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir. 

  • Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zəngin üçün uğurun ilk açarlarından biri düşünməkdir. Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.
  • Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar. Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.

Davamı →

Özünüzə inanmaq üçün bu vərdişlərdən imtina edin

1. Günahkarlıq hissi
Günah hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. “Yeməyini ye, yoxsa arxandan ağlayar” və ya “Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə bu vəziyyətdə şikayət edirsən?” cümlələrini hamımız eşitmişik. Böyüdükcə isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu, eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir. Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qiymətini bilin.
Davamı →

Harland Sandersin 1000 uğursuzluğu

Harland Sanders 1955-ci ildə, 65 yaşında təqaüdə çıxarkən alacağı 105 dollar təqaüdə, öz köhnə avtomobilinə və xüsusi toyuq hazırlanma reseptinə bel bağlaya bilərdi. Sanders başa düşürdü ki, öz təqaüdü ilə yaşaya bilməz. Buna görə də öz avtomobilinin sükanı arxasına əyləşir və öz reseptini restoranlara təklif etmək üçün yola düşür.

Harlandın hesablamasına görə, onun reseptini alacaqlar və o hər toyuğa görə 5 sent alacaq. İlk restoran sahibi ikinci, üçüncü, dördüncü, yüzüncü və hətta mininci restoran sahibi kimi Sandersə etiraz edir.

Edilən ilk 1008 müraciət və zəng uğursuz olur. Bununla yanaşı, Harland restoranlara zəng etməyə və onlara səfər etməyə davam edirdi. O öz avtomobili ilə bütün gecəni restoranları gəzirdi.
Davamı →

Silvester Stallone etirafı

“Mən heç kim olaraq qalmalı idim. Həyat məni hələ doğularkən cəzalandırmış, üzümü iflic etmişdi. Müəllimlərim isə məni əqli cəhətdən inkişaf etməmiş biri hesab edirdilər.

7 il ərzində, yəni aclıq çəkdiyim bu illərdə agentlər və prodüsserlə “bir ağızdan” aktyorluq və ssnerai fəaliyyətimdən əl çəkməyimi, bu işlərin mənə görə olmadığını deyirdilər. Casting-lərdə məni məyus edirdilər, prodüsserlər isə yazdığım ssenarinin bir sətrini belə oxumadan cırıb atırdılar.

İşdə göz yaşlarımı içimdə boğurdum. Zooparkda şirlərin qəfəsini təmizləyir, ət doğrayırdım. 7 uzun, çətin il. Göz yaşı, tər və özünə inam içərisində keçən 7 il. Siz də məyusluq dövrünü yaşamamış heç nəyə nail olmayacaqsız. Daha sonra nə baş verdi? Daha sonra 1600 dollara 1 il yaşadım. Və “Rocky”-ni yazdım. Özünüzə inanın və ananınızı sevin. Heç vaxt heç kəs onun qədər sizi sevməyəcək”.
Davamı →

Trumpdan biznes məsləhətləri

Son zamanlara qədər sadəcə biznes sahəsində məşhur olan amerikalı milyarder Donald Trump ABŞ prezidentliyinə namizəd olduqdan sonra öz qalmaqallı çıxışları və iddiaları ilə də gündəmə gəldi və hazırda da bütün dünya üzrə müzakirə mövzusu olaraq qalmaqdadır.

Lakin bütün bunlara baxmayaraq qalmaqallı namizəd biznesmen fəaliyyətini davam etdirir. Onun bir fəlsəfəsi var – milyarder kimi düşün və sən milyarder olacaqsan. Bununla yanaşı, Donald Trump hər zaman öz qəddar və praqmatik müdrikliyini hər kəslə paylaşmağa hazırdır.

▪ Həyata qarşı pozitiv münasibətinin daim qələbə qazanmasına imkan ver: öz optimistliyində inadkar ol.

▪ İşdən azad etmək – vacib və məsuliyyətli bir prosesdir. Düzdür, işdən qovmaq xoş olmasa da, xəstə budağı kəsməklə, bütün ağacı xilas etmək olar.
Davamı →

Tezdən oyanmaq üçün 6 səbəb

İnsanlar tezdən oyanmağı həyatda müvəffəqiyyətli olmaqla əlaqələndirirlər. Bloqer İgosa Ayhi iki ildir ki, hər gün saat altıda oyanır və bunun həyatını dəyişdiyini bildirir. Bununla yanaşı İgosa sizi tezdən oyanmağa təşviq edəcək altı səbəbi açıqlayıb:

1. Özünüzü gizli-gizli kəşf etməyə vaxtınız olacaq
Bir çox insan diqqətsizliyi ucbatından məqsədlərinə çata bilmir. Əgər günə təcili etməli olduğunuz işləri düşünərək başlamırsınızsa, məqsədinizdən uzaqlaşmağınız təbiidir. Hamıya məlumdur ki, insan beyni günün birinci yarısında daha yaxşı çalışır.
Davamı →

Bilməli olduğumuz 20 qayda

Amerikalı yazıçısı və biznes-treyner Julyen Smit gənclərə praktiki məsləhət verərək, onlara bu dünyada necə düzgün istiqamət tutmağda kömək etməyə çalışır. Zaman keçdikcə və yaş səni haqladıqca, uğurlu və zəngin olmaq üçün, 20 il ərzində müəyyən qaydalara riayət etmək və müasir həyatın bəzi gerçəkləri haqqında səlis, aydın təsəvvürə malik olmaq lazımdır.

1. Dünya səni kütbeyin etməyə çalışır. Bank ödənişlərindən və faizlərdən tutmuş, möcüzəvi pəhrizlərə qədər hər bir nüansa fikir verin. Savadsız insanlardan pul qoparmaq daha asandır, həmçinin onları idarə etmək də elə bir çətinlik törətmir. Mümkün qədər özünü-təhsilə diqqət ayırın, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu mütləqdir.

2. Kor-koranə tədris müəssisələrinə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümumiyyətlə sıradan çıxar. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır.
Davamı →

Uğurlu biznes qurmağın yolları

Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhət almaq kifayətdir. Amma bu, heç də belə deyil. Uğur əldə etməyin universal formulu mövcuddur:

Hazırlıq + Biznes ideyası + İdeyanın reallaşdırılması mexanizmi = Uğurlu biznes.


Biznesə başlamaq, onu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Bəzi sahibkarlar vaxtilə kiminsə “əlinin altında” işlədiklərindən daha çox işləyirlər, heç qazancları da əvvəlkindən fərqlənmir. Elə isə, onları öz bizneslərini qurmağa nə vadar edib? Yəqin ki, məqsəd iqtisadi asılılığa son qoymaq, azadlıq və müstəqillik olub. Gələcək biznesmenin hazırlıqlı olması çox vacibdir. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Bu, avtomobil sürməyi bacarmayan birinin sükan arxasına keçərək, avtomobili hərəkətə gətirməyə çalışması kimi bir şeydir.


Davamı →

Zövqə istiqamətlənən davranış

Bir çox motivasiya fikirlərinin təməlində Hedonizm prinsipi durur. Hedonizm – həzzin mütləq mənada yaxşı olduğunu, insan davranışlarının həzzi təmin edəcək şəkildə planlaşdırılması gərəkdiyini, davamlı olaraq zövqə yönəlik fəaliyyətə istiqamətlənmənin ən uyğun davranış olduğunu əks etdirir. Bu prinsipin izləri qədim yunan filosoflarına qədər gedib çıxır. Hedonizmin təməlində, davranışın zövqə yönələcəyi və ağrıdan qaçacağı anlamı durur. Insanların alternativ seçimlər etdiyi hər vəziyyətdə, hərəkətin yönü zövqü maksimal etməyə və ağrı hissini minimuma endirməyə yönələcəkdir. (Vroom, 1964)
Davamı →